19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Azərsulfat” MMC və “Glassica” QSC-də tikinti işləri davam etdirilir

Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında təməli qoyulmuş “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı müəssisələri də istehsalın və ixracın genişlənməsinə təkan verəcək istehsal sahələrindəndir.

Hazırda bu müəssisələrdə layihələndirmə işləri tamamlanıb, tikinti-quraşdırma işləri aparılır. Eyni zamanda istehsal prosesində istifadə ediləcək avadanlıqların idxalına başlanılıb və bu istiqamətdə işlər davam etdirilir. “Glassica” QSC-də Almaniya, “Azərsulfat” MMC-də isə Çin texnologiyalarından istifadə ediləcək. Şüşə tara məhsullarının istehsalı müəssisəsinin investisiya dəyəri 12 milyon ABŞ dollarıdır, bunun artıq 7 milyon dollarlıq hissəsi layihənin reallaşdırılmasına yatırılıb və tikinti-quraşdırma işlərinin 75%-i yerinə yetirilib.

Sulfat turşusu istehsalı müəssisəsinin investisiya dəyəri isə 6 milyon ABŞ dollarıdır, layihə üzrə indiyədək görülən işlərə artıq 2,9 milyon dollar sərmayə qoyulub və işlərin 60%-i tamamlanıb.

Müəssisələrdə ümumilikdə 200-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Hər iki müəssisənin 2022-ci ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılır.

Sulfat turşusu və şüşə tara məhsullarının istehsalı müəssisələri idxalın əvəzlənməsində və ixrac potensialının genişləndirilməsində əhəmiyyətli rol oynayacaqlar.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?