25 İyun 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Dekabrın 7-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən bildirilib ki, kuponlu, ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 20 milyon manat, nominal dəyəri 100 manat, faiz dərəcəsi 6 faiz, tədavül müddəti 1820 gündür. İstiqrazlar 2026-cı il dekabrın 1-də ödəniləcək. "PAŞA Kapital" İnvestisiya Şirkəti QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qəbul edilməsinə icazə verilir. Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20 faizdən aşağı olduğu təqdirdə emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda isə emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

VergiVergi orqanı ölkədən kənarda əldə olunan gəlirləri müəyyən edə bilərmi? VergiKənd təsərrüfatı məhsulları istehsalçılarına verilən vergi güzəştləri VergiRegionlarda turizm obyektlərinə görə əmlak vergisinin ödənilməsi Ekspert RəyiXarici ticarət əməliyyatları zamanı dolayı ödəmələrə görə vergi tutulması VergiBöyük Vətən müharibəsi iştirakçılarının övladlarına hansı vergi güzəşti verilir? VergiƏDV-dən azadolunma haqqında e-sertifikat kimlərə verilir? VergiSəhiyyə müəssisəsinə ianə edilən vəsaitlərə vergi güzəşti VergiMövsümi turizm fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi öhdəlikləri VergiTəhvil-təslim aktı itirildiyi halda alıcı həmin məbləğdən imtina edə bilərmi? VergiVergi ödəyicisi xarici ölkədəki bank hesabı ilə əməliyyatlar apardıqda hansı sanksiya ilə üzləşə bilər?