15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarların məhsullarının satışının genişləndirilməsi üçün KOBİA yerlər icarəyə götürəcək

Sahibkarların istehsal etdikləri məhsulların satışının genişləndirilməsinə dəstək üçün bir sıra tədbirlər görüləcək.

Bununla əlaqədar Prezident İlham Əliyev “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, ticarət obyektlərində müəyyən sahə (ticarət rəflərinin, piştaxtaların, stellajların və sair) Kiçik və Orta Biznesin İnkişafı Agentlik (KOBİA) tərəfindən icarəyə götürüləcək, sahibkarların məhsullarının satışı məqsədilə ticarət obyektlərində müəyyən sahə icarəyə götürməklə Agentliyin stendi təşkil ediləcək. Həmçinin yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış yerlərdə KOBİA tərəfindən satış-sərgi üçün şərait yaradılacaq. Satış yerinin dövlət vəsaiti hesabına icarəyə götürülməsi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Agentlik tərəfindən icarəyə götürülmüş və sahibkarların istifadəsinə verilməmiş, habelə sahibkarların istifadəsinə verilmiş satış yerləri barədə məlumatlar Agentliyin rəsmi internet səhifəsində, o cümlədən mövcud məlumatlandırma portallarında yerləşdiriləcək və mütəmadi olaraq yenilənəcək.

Sahibkarların istehsal etdikləri məhsulların satış yerlərində yerləşdirilməsi onların müraciəti əsasında həyata keçirilir. Sahibkarlardan daxil olmuş müraciətlər qəbul edilmiş Qaydaya əsasən müəyyənləşdirilən meyarlara əsasında qiymətləndirilir və meyarların daha çoxuna uyğun gələn sahibkarlara üstünlük verilməklə, onlarla istehsal etdikləri məhsulların satış yerinin müəyyən hissəsində (bundan sonra – satış sahəsi) yerləşdirilməsi barədə müqavilə imzalanacaq və həmin sahibkarlar barədə məlumatlar Agentliyin rəsmi internet səhifəsində yerləşdiriləcək.

Həmçinin müqaviləyə uyğun olaraq sahibkarın istifadəsinə verilən satış sahəsinin ölçüsü 50 santimetr müəyyən edilir. Müraciət edənlərin sayı, hər bir müraciət edənin məhsullarının çeşidlərinin sayı və ölçüləri nəzərə alınmaqla, Agentliyin qərarı ilə sahibkarların istifadəsinə verilən satış sahəsinin ölçüsü əlavə 50 santimetrədək artırıla bilər.

Sahibkarın istehsal etdiyi məhsulların satış sahəsində yerləşdirilməsi barədə müqavilənin müddəti 3 ayadək müəyyən edilir. Müraciət edənlərin sayı və istehlakçıların satış yerlərində yerləşdirilən məhsullara olan marağının həcmi nəzərə alınaraq, Agentliyin qərarı ilə sahibkarın istifadəsinə verilən satış sahəsindən istifadə müddəti bir dəfə 3 ayadək uzadıla bilər.

Satış sahəsinin sahibkarın istifadəsinə verilməsi ödənişli qaydada həyata keçirilir. Mikro sahibkarlıq subyekti onun istifadəsinə verilmiş satış sahəsinə görə KOBİA ödədiyi icarə haqqının 20 faizi miqdarında, kiçik sahibkarlıq subyekti isə onun istifadəsinə verilmiş satış sahəsinə görə Agentliyin ödədiyi icarə haqqının 50 faizi miqdarında haqqı KOBİA-ya ödəyir.

Bu Qaydaya əsasən Agentlik tərəfindən bir təqvim ili ərzində icarəyə götürülən satış yerlərinin sayı 10-dan çox, icarəyə götürülən bir satış yerinə görə illik icarə haqqı isə 20 min manatdan artıq ola bilməz.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?