13 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ağalı kənd sakinləri üçün təşkil olunmuş biznes təlimlər başa çatıb

İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinin doğma kəndlərinə qayıtdıqdan sonra məşğulluğunu təmin etmək və sahibkarlıq fəaliyyətinə başlamalarına dəstək məqsədilə kənd sakinləri üçün təşkil olunmuş biznes təlimləri başa çatıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı çərçivəsində bir ay davam edən biznes təlimlərində 30 nəfər Ağalı kənd sakini iştirak edib. KOBİA-nın təlimçiləri tərəfindən təlim iştirakçılarına sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə ətraflı məlumat verilib, onlar biznes fəaliyyəti üçün zəruri biliklərə yiyələniblər.

Növbəti mərhələdə Ağalı kənd sakinləri avtoservis, inşaat, məişət avadanlıqları ustası, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və s. sahələr üzrə özünüməşğulluq proqramı çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təmin olunacaqlar.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?