12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOBİA yanında İctimai Şuranın iclası keçirilib

Noyabrın 29-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın iclası keçirilib. İctimai Şuraya üzv olan qeyri-hökumət təşkilatlarının və biznes assosiasiyaların rəhbərlərinin, KOBİA-nın nümayəndələrinin iştirakı ilə keçirilmiş iclasda ötən bir il ərzində şuranın fəaliyyəti və 2022-ci ildə nəzərdə tutulan tədbirlər müzakirə edilib.

İclasdakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin qurumun fəaliyyətində ictimai iştirakçılığın təmin edilməsində maraqlı olduğunu, bu sahədə KOBİA yanında İctimai Şura ilə sıx əməkdaşlıq edildiyini vurğulayıb. Bildirilib ki, Agentlik yanında İctimai Şura tərəfindən müxtəlif mövzularda təşkil olunan ictimai müzakirələr dövlət-biznes dialoquna töhfə verməklə, bu sahədə əhəmiyyətli platformadır. KOBİA ilə biznes ictimaiyyəti arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, Agentliyin dəstək mexanizmlərinin sahibkarlara təqdim olunması və bu alətlərdən istifadənin təşviqi İctimai Şuradan gözləntilər sırasındadır.

Agentlik yanında İctimai Şuranın sədri, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov 2021-ci il ərzində şura tərəfindən görülmüş işlər və qarşıdakı dövr üçün planlar barədə məlumat verib.

İclasda gündəlikdə olan məsələlərə dair müzakirələr aparılıb, şura üzvlərinin müvafiq sahələrə dair fikir və təklifləri dinlənilib.

Qeyd edək ki, 2018-ci ildən etibarən fəaliyyət göstərən KOBİA yanında İctimai Şura qurumda ictimai iştirakçılığı təmin etməklə, kiçik və orta biznesin inkişafı ilə bağlı görülən tədbirlər və KOBİA-nın fəaliyyətinə ictimai nəzarəti həyata keçirir. İctimai Şurada 15 qeyri-hökumət təşkilatı və sıralarında yüzlərlə sahibkarı birləşdirən biznes assosiasiyalar təmsil olunur.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?