19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bəyan edilməyən vergiyə görə maliyyə sanksiyaları

Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, vergi ödəyicilərinə ən çox tətbiq edilən cərimələr məhz Məcəllənin 58.1-ci maddəsi üzrə olan maliyyə sanksiyalarıdır. Maddə ilə bağlı halları misallarla izah edək:
Misal 1: Vergi ödəyicisi 2019-cu il bəyannaməsində 3.000 manat məbləğində mənfəət (gəlir) vergisi bəyan edib. Səyyar vergi yoxlaması zamanı vergi orqanının vəzifəli şəxsləri vergi ödəyicisinin həmin il üzrə mənfəət (gəlir) vergisinin 4.200 manat təşkil etdiyini aşkarlayıb. Bu zaman vergi orqanının vəzifəli şəxsi 1.200 manat vergini bərpa etməklə, vergi ödəyicisinə 600 manat maliyyə sanksiyası hesablayır və borc yarandığı halda faiz hesablanmağa başlanır.
4200 – 3000 = 1200 manat
1200 x 50% = 600 manat.
Misal 2: Vergi orqanının vəzifəli şəxsi müəyyən edir ki, vergi ödəyicisi 2019-cu il üzrə 4.200 manat məbləğində torpaq vergisini bəyan etməyib. Bu halda da vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 2.100 manat, həmçinin bəyannaməni təqdim etmədiyi üçün 40 manat məbləğində maliyyə sanksiyası hesablanacaq.
4200 x 50% = 2100 manat.
Təbii ki, vergi ödəyicisinin yaranan borclarına görə Vergi Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq faiz hesablanması həyata keçiriləcək.
VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?