Azərbaycan neftinin qiyməti 84 dollara yaxınlaşır 25 Noyabr 2021 11:59 Azərbaycan neftinin qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,5 dollar artaraq 83,77 dollar olub. Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.