31 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Anar Kərimov: Gələn il 16 min 500 ailənin özünüməşğulluğu təmin ediləcək

Gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 10 min, Dünya Bankı layihəsi çərçivəsində 6 min, yerli banklar tərəfindən 500 olmaqla, cəmi 16 min 500 ailənin özünüməşğulluğu təmin ediləcək. Özünüməşğulluq proqramının həyata keçirildiyi dövr ərzində ilk dəfə olaraq kənd təsərrüfatı istiqamətinin bütün növləri üzrə əmlakların aqrar sığortalanmasına başlanılacaq. Bununla yanaşı, şəffaflığın artırılması məqsədilə proqrama müraciət edən şəxslərin ekonometrik qiymətləndirmə əsaslı elektron platforma üzərindən növbəli iş sistemi yaradılacaq.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisdə 2022-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, peşə hazırlığı və innovativ həllərin hazırlanması və tətbiqi istiqamətində BACAR layihəsinin həyata keçirilməsinə start verilib. Milli işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması və onun beynəlxalq əmək bazarına inteqrasiyası məqsədi ilə peşə və kvantifikasiya standartlarının hazırlanması davam etdiriləcək. 2022-ci ildə bu istiqamətdə 1 milyon manatın xərclənməsi nəzərdə tutulur. 2019-2021-ci illər ərzində bu məqsədə ayrılan vəsaitin hesabına minə yaxın peşə və kvantifikasiya standartı artıq hazırlanıb.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?