17 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Milli Məclis Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsini birinci oxunuşda qəbul edib

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq 2022-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsini birinci oxunuşda qəbul edib.

Qanun layihəsi parlamentin noyabrın 17-də keçirilən iclasının gündəliyinə daxil olunub.

Layihəyə əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin gəlirləri 5 306 770 072,0 manat, xərcləri 5 306 770 072,0 manat məbləğində təsdiq olunur.

Fondun əsas gəlirləri məcburi dövlət sosial sığorta haqları (4 148 202 903,0 manat ) və qeyri-büdcə sektoru (2 438 772 700,0 manat) hesabına əldə edilir.

Əhaliyə ödənişlər üzrə xərclər 5 133 000 000,0 manat təşkil edir. Bu məbləğin 4 951 000 000,0 manatı əmək pensiyalarının ödənilməsinə xərclənir.

VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir?