7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
KOB-ların elm və dəstək layihələrinin maliyyələşdirilməsinə dair vebinar keçirilib

KOB-ların elm və dəstək layihələrinin maliyyələşdirilməsinə dair vebinar keçirilib

Noyabrın 12-də KOB subyektlərinin elm və dəstək sahələrində layihələrin maliyyələşdirilməsinə dair elan edilmiş müsabiqə ilə bağlı vebinar keçirilib. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş onlayn tədbirdə müsabiqə ilə bağlı sahibkarlıq subyektlərinə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

100-dən çox KOB subyektinin iştirakı ilə təşkil olunmuş vebinarda KOBİA-nın əməkdaşları Natiq Heydərov və Elməddin Hacıyev müsabiqənin şərtləri və layihələrin qiymətləndirilməsi prosesi barədə təqdimatlarla çıxış ediblər. Məlumat verilib ki, Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq, müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Müsabiqəyə KOB-ların inkişafı ilə bağlı elm və dəstək istiqamətlərində layihələr təqdim oluna bilər. Hər bir şəxs müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər. Hər bir layihə üzrə maliyyələşdirilmə məbləği maksimum 20 min manatdır. Layihələrin qiymtələndirilməsi zamanı onun mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin həyata keçirilməsi üçün tələb olunan müvafiq maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürüləcəkdir.

Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri müvafiq ərizə, layihə və büdcənin əsaslandırılması üçün nümunəvi formaları, eləcə də digər məlumatları Agentliyin saytında bu məqsədlə yaradılmış xüsusi bölmədən əldə edə bilərlər (https://bit.ly/3C8XQEm).

Müsabiqəyə sənədlər birbaşa və ya elektron formada təqdim oluna bilər. Sənəd qəbulu 15 noyabrdan 14 dekabr saat 18:00-dək davam edəcəkdir. Müsabiqənin nəticələri barədə məlumat 10 fevral 2022-ci il tarixindən sonra KOBİA-nın rəsmi internet səhifəsində (www.smb.gov.az) yerləşdiriləcək.

Vebinar zamanı bildirilib ki, müsabiqəyə təqdim ediləcək sənədlərin hazırlanması prosesində dəstəyə ehtiyacı olan KOB subyektləri KOBİM-lərin ödənişsiz informasiya, məsləhət və təlim xidmətlərindən də yararlana bilərlər.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?