19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Müqavilələrin icrası və mübahisələrin həlli ilə bağlı işçi qrupunun növbəti iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupunun oktyabrın 28-də videokonfrans formatında növbəti iclası keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirə Ədliyyə, İqtisadiyyat və Maliyyə nazirliklərinin, Mərkəzi Bankın, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin və İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri qatılıblar.

İclasda “Elektron hərrac” informasiya sistemi üzrə hazırlanmış portalın təqdimatı olub və Ədliyyə Nazirliyi tərəfindən məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı hərracların elektron qaydada təşkili və keçirilməsi ilə əlaqədar hazırlanmış normativ hüquqi aktların layihələri aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müzakirə edilib.

Həmçinin Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış layihələrlə bağlı aidiyyəti qurumların təkliflərinin yazılı formada təqdim edilməsi, bu təkliflər əsasında layihələrin bir daha nəzərdən keçirilməsi və işçi qrupunun növbəti iclasında layihələrin yekun variantının müzakirə edilməsi qərara alınıb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?