18 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
AİİB Müdirlər Şurasının növbəti İllik Toplantısı Moskvada keçiriləcək

AİİB Müdirlər Şurasının növbəti İllik Toplantısı Moskvada keçiriləcək

Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Müdirlər Şurasının 6-cı İllik Toplantısı keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, toplantı çərçivəsində keçirilən “Müdirlərin Dəyirmi Masası”nda çıxış edən nazir Mikayıl Cabbarov hazırda dünyada bəşəriyyətin üzləşdiyi ən böyük çağırışlardan birinin iqlim dəyişiklikləri ilə bağlı olduğunu, dünyanın bu məsələyə fokuslandığını, Paris İqlim Sazişində əksini tapmış məqsədlərə çatmaq üçün dövlətləri yeni, daha düzgün yanaşmalara sövq etdiyini vurğulayıb. Qeyd edilib ki, AİİB-in “yaşıl” və dayanıqlı gələcəyin təmin olunmasına yönəlmiş fəaliyyəti önəmlidir. 2020-ci ildə AİİB-in dünyada dayanıqlı infrastruktura töhfəsi 1,2 milyard dollar təşkil edib və iqlimlə bağlı olan 13 layihə maliyyələşdirilib. Nazir Bankın üzv ölkələri “yaşıl” və güclü iqtisadiyyat qurmaqda dəstəyini davam etdirməsi barədə müzakirələrin əhəmiyyətini qeyd edib.

Bu istiqamətdə ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verən iqtisadiyyat naziri növbəti 10 il üçün müəyyənləşdirilmiş Azərbaycanın Milli Prioritetləri çərçivəsində iqtisadiyyatın “yaşıl” və davamlı inkişafına, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində “yaşıl” və “ağıllı” konsepsiyaların tətbiqinə xüsusi diqqət yetiriləcəyini bildirib. Nazir Bankın üzv ölkələrin inkişafında və iqtisadi artımında rolunu qeyd edib, dəstək tədbirlərinin bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.

Toplantıda AİİB-in 2020-ci il üzrə illik hesabatı qəbul edilib, növbəti illik toplantının 2022-ci ilin oktyabrında Rusiyanın paytaxtı Moskvada keçirilməsi qərara alınıb, qarşıdakı dövr üçün vəzifələr və sair məsələlər müzakirə olunub.

VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır?