23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan və Qırğızıstan arasında sosial təminat sahəsində əməkdaşlıq genişləndiriləcək

Azərbaycan və Qırğızıstan arasında sosial təminat sahəsində əməkdaşlıq genişləndiriləcək

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Bakıda səfərdə olan Qırğız Respublikasının Sosial Fondunun nümayəndə heyəti ilə görüş keçirilib.

Fondun mətbuat xidmətindən bildirilib ki, görüşdə DSMF-nin sədr müavini Səfər Mehdiyev fondun fəaliyyət istiqamətləri, əhalinin sosial sığorta sisteminin gücləndirilməsi, sosial müdafiəsi və pensiya təminatı sistemlərinin şəffaflığının təmin edilməsi, eləcə də səmərəliliyin artırılması istiqamətində görülən işlərdən danışıb. Son dövrlərdə Azərbaycanda sosial təminat sahəsində həyata keçirilən islahatlar, əhaliyə göstərilən elektron xidmətlər və sözügedən sahənin təkmilləşdirilməsi istiqamətində müəyyən edilmiş prioritet hədəflərdən bəhs edilib. Eyni zamanda “e-sosial” portalının həm sosial sığorta sistemi, həm də vətəndaşlar üçün yaratdığı üstünlükləri vurğulanıb.

Qırğız Respublikasının Sosial Fondunun nümayəndə heyətinin rəhbəri Bəxtiyar Boobəyov təmsil etdiyi qurum haqqında, görülən işlər və həyata keçirdiyi yeniliklər barədə məlumat verib.

Görüş çərçivəsində Azərbaycanda dövlət sosial sığortası üzrə ödəmələr, fərdi uçot və sosial sığorta məsələləri, pensiya təminatı sistemi ilə bağlı təqdimatlar olub, yeniliklər barədə məlumatlar verilib, bu mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Sonra qarşı tərəf Qırğızıstanda sosial təminat məsələləri ilə bağlı təqdimat edib. Təqdimat zamanı bu ölkədə pensiya təminatı, pensiya sisteminin xüsusiyyətləri, əsas komponentləri, eləcə də əhalinin sosial təminatı barədə məlumat verilib.

Sosial təminat sahəsində iki qurum arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində qonaqlar 4 saylı DOST Mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?