25 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yeni dövlət standartı təsdiq edilib

Toxum və əkin materialları sahəsində beynəlxalq standartlara uyğun tənzimlənməni təmin etmək məqsədilə AZS 130-2021 “Kənd təsərrüfatı bitkilərinin toxumlarının analiz qaydaları. Qəbul qaydaları və toxum nümunələrinin götürülmə metodları” dövlət standartı təsdiqlənib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, standart “Toxum və əkin materialları”nın standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib. Yeni sənədin qüvvəyə minməsi ilə əlaqədar AZS 130-2005 “Kənd təsərrüfatı bitkiləri toxumları. Qəbul qaydaları və toxumlardan nümunələrin götürülmə üsulları” dövlət standartı qüvvədən düşüb.

Kənd təsərrüfatı bitkilərinin (pambıq, dərman bitkiləri, gül bitkiləri və efir yağlı bitkilər istisna olmaqla) toxumlarına şamil olunan yeni standart səpin keyfiyyətini təyin etmək üçün qəbul qaydalarını və nümunə götürmə metodlarını müəyyən edir.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?