19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat naziri Atlantik Şurası Millennium Liderlik Proqramının məzunlarının suallarını cavablandırıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Atlantik Şurası Millennium Liderlik Proqramının 2020-ci il məzunları ilə görüşüb. Nazır Azərbaycan iqtisadiyyatı, ölkəmizin təşəbbüskarı və fəal iştirakçısı olduğu regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat-logistika layihələri, 2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri, həmçinin COVİD-19 pandemiyasının milli iqtisadiyyata göstərdiyi təsirlər, Azərbaycan hökumətinin müvafiq dəstəkləyici tədbirləri barədə məlumat verib. Nazir ölkə iqtisadiyyatının rəqəmsal transformasiyasına yönəlmiş bir sıra proqramların qəbul edildiyini və rəqəmsal ekosistemin inkişafı isiqamətində görülən işləri diqqətə çatdırıb. Vurğulanıb ki, makroiqtisadi və siyasi sabitlik, əlverişli biznes mühiti Azərbaycanın investisiya cəlbediciliyini şərtləndirən əsas amillərdir. Bununla belə, işgüzar şəraitin daha da yaxşılaşdırılması tədbirləri davam etdirilir. Nazir qeyd edib ki, Vətən müharibəsində qazanılan tarixi Qələbə ilə yeni reallıqlar və inkişaf üçün əlavə imkanlar yaranıb. Hazırda azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri həyata keçirillir.

Sonda İqtisadiyyat naziri Atlantik Şurası Millennium Liderlik Proqramının məzunlarını maraqlandıran sualları cavablandırıb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?