8 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Daşkənddə keçirilən “Özbəkistan İqtisadi Forumu-2021” tədbirində Azərbaycan da təmsil olunub

Daşkənddə Dünya Bankı və Asiya İnkişaf Bankının dəstəyi ilə “Özbəkistan İqtisadi Forumu-2021” tədbiri keçirilib.

Foruma Özbəkistandan başqa Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və digər dövlətlərin maliyyə institutlarının nümayəndələri, ekspertlər, jurnalistlər qatılıb.

Forumda ölkəmizi Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov təmsil edib.

Tədbiri Özbəkistanın iqtisadi inkişaf və yoxsulluğun aradan qaldırılması naziri Camşid Kuçkarov açaraq ölkədə bu sahədə görülən işlərdən danışıb.

Sahib Ələkbərov Azərbaycan-Özbəkistan dostluğu, ölkələrimiz arasında siyasi, ticarət-iqtisadi, humanitar və digər sahələrdə görülən işlər, ölkəmizdə aparılan iqtisadi inkişaf haqqında məlumat verib. 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması, orada görülən işlərlə bağlı ətraflı danışan nazir müavini deyib ki, Çin-Qırğıızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Avropa multimodal nəqliyyat dəhlizinin yaradılması istiqamətində aktiv iş aparılır. Bu dəhliz Yeni Bakı limanının imkanlarından və Bakı-Tbilisi-Qars dəmityol layihəsindən daha səmərəli istifadə etməyə imkan yaradacaq.

Forumda 6,6 milyard dollar həcmində sazişlər imzalanıb.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?