2 Oktyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlarımız ixracı genişləndirir

WorldFood Moscow 2021” sərgisində ixraca dair müqavilə imzalanıb

Moskvada təşkil olunan “WorldFood Moscow 2021” beynəlxalq ərzaq sərgisi başa çatıb. Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə 20-dən çox Azərbaycan şirkətinin istehsal etdiyi meyvə şirələri, müxtəlif növ şərablar, təbii mineral sular, çay, süd məhsulları, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və s. vahid ölkə stendi ilə nümayiş olunub.

Xüsusi dadı və keyfiyyəti ilə seçilən Azərbaycan məhsulları böyük maraqla qarşılanıb. Sərgi çərçivəsində sahibkarlarımız xarici həmkarları ilə görüşlər keçirib, ixraca dair razılıqlar əldə edib, müqavilə bağlayıblar.

Belə ki, “Karaca Fındıq” MMC şirkəti və Rusiyanın iri marketlər şəbəkələrindən biri ilə 18 min kq qabıqlı fındıq məhsulunun ixracına dair müqavilə imzalayıb. “Ulduz” şokolad fabriki Qırğızıstan, Özbəkistan və Rusiya şirkətləri ilə ümumi dəyəri 2,5 milyon ABŞ dolları olan qənnadı məhsullarının, “Azərstar” MMC şirkəti isə Rusiya şirkəti ilə ümumi dəyəri 100 min ABŞ dolları olan qabıqlı fındıq məhsulunun ixracına dair ilkin razılıq əldə edib. Bundan başqa, Rusiya şirkəti ilə ümumi dəyəri 1 milyon ABŞ dollarınadək olan narın ixracına dair ilkin razılığa gəlinib.

VergiFrilanser kimi çalışan vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiÖdənişin nağd qəbuluna görə maliyyə sanksiyası hansı məbləğə tətbiq olunur? İqtisadiyyatAYİB Azərbaycanda iqtisadi artım proqnozlaşdırır SosialMəcburi işburaxma dövrü üçün əməkhaqqı məbləğinin hesablanması VergiTexnologiyalar parkının rezidentinin əməkdaşlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİctimai iaşə xidməti göstərən müəssisədə ƏDV-nin geri qaytarılması necə aparılır? İqtisadiyyatYenilənmiş 5 qəpiklik metal pul nişanı tədavülə buraxılıb Vergi20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur? Vergiİdxalı əvəz edən mal istehsalçıları hansı vergilərdən azaddır? MüsahibələrMahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ