14 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda nağdsız əməliyyatların həcmi 6 milyard manatı keçib

Bank sistemi üzrə sentyabrın 1-nə dövriyyədə olan ödəniş kartlarının sayı 117 min ədəd artaraq 10 milyon 256 min ədədə çatıb. Mərkəzi Bankın hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17,1 faiz artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 16 faiz, kredit kartları üzrə 25,2 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 165 min, kredit kartları 257 min, digər kartlar isə 1,1 milyon ədəd artıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin 8 ayı ilə müqayisədə 62,3 faiz artıb. 2021-ci ilin 8 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 6 milyard 94 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 3 milyard 278 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 2 milyard 439 milyon manatı POS-terminallar, 377 milyon manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?