18 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Füzulidə qısa müddətdə beynəlxalq aeroportun istifadəyə verilməsi Azərbaycanın iqtisadi inkişaf səviyyəsinin göstəricisidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Füzulidə beynəlxalq aeroportun inşa ediləcəyini bildirmişdi. Həmin gün gəlib çatdı və nəinki Azərbaycan ictimaiyyəti, bütün dünya bu möhtəşəm hadisənin şahidi oldu. Azərbaycan tarix yazır. 44 günlük Vətən müharibəsindən sonra regionda öz sözünü deyən və yeni reallıqlar yaradan ölkəmiz işğaldan azad etdiyi torpaqlarında bərpa və yenidənqurma işlərinə böyük templə start verib. Qısa müddətdə mühüm işlər görülüb.

Bunu Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

Deputat bildirib ki, Azərbaycan hər zaman sülhün tərəfdarı olub və bu gün də həmin siyasəti davam etdirir. Dövlətimizin məqsədi insanlarının qayğısına qalmaq və 30 ilə yaxın öz evlərindən didərgin salınmış əhalinin geri qaytarılmasını təmin etməkdir. Bizim heç kəsin torpağında gözümüz yoxdur və heç kəsi də bundan sonra torpaqlarımıza buraxmaq fikrində deyilik. Biz bütün gücümüzü bərpa və quruculuq işlərinə sərf etməyə yönəltmişik.

S.Xasayeva diqqətə çatdırıb ki, Füzuli Beynəlxalq Hava Limanının qısa zamanda tikilərək istifadəyə verilməsi həm də Azərbaycanın iqtisadi inkişaf səviyyəsinin göstəricisidir. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Füzuli aeroportu həm ərazinin bərpa edilməsi üçün xaricdən gətirilən yüklərin qəbul edilməsinə, həm də Azərbaycan və qonşu ölkələrin vətəndaşların Şuşaya getməsinə imkan verir.

"Füzuli aeroportu istifadəyə verildi. Beynəlxalq aeroport “Boeinq – 747 - 400” ən böyük yük təyyarəsini və sərnişin təyyarəsini qəbul etdi. Bu uçuşu izləyənlər də, sərnişin təyyarəsi ilə Füzuliyə uçanlar da bir gerçəkliyə hədsiz sevindilər. Bu gün hər birimiz Azərbaycanla, onun dövlətçiliyi ilə qürur duyur, fərəhlənirik. Bir sözlə, Azərbaycan dövlətçiliyi əbədiyyətin cığırdaşıdır!”, - deyə deputat vurğulayıb.

S.Xasayeva əlavə edib ki, Füzuli Beynəlxalq Hava Limanının inşası 44 günlük Vətən müharibəsində qazanılan Zəfərimizin davamıdır. Bu aeroporta eniş edən təyyarələr yaxın vaxtlarda yenidən qurulmuş Füzuliyə turistləri də aparacaq.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri