21 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOB inkişaf mərkəzləri tərəfindən biznes planın hazırlanması üçün ödənişsiz dəstək göstərilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2020-ci ildə 150-yə yaxın, 2021-ci ilin birinci yarısında isə 120-dən çox biznes planın hazırlanmasında sahibkarlıq subyektlərinə dəstək göstərilib.

KOBİA-dan bildirilib ki, bu biznes planlar əsasında Bakı şəhəri və regionlarda yeni biznes sahələri yaradılır və mövcud sahibkarlıq fəaliyyəti genişləndirilir. Agentlik müvafiq biznes planların maliyyə resurslarına yönləndirilməsində də KOB subyektlərinə dəstək göstərir. Sahibkarlıq subyektləri biznes planın hazırlanmasına kömək üçün KOBİA-nın ölkənin 20-dən çox şəhər və rayonunda fəaliyyət göstərən KOB inkişaf mərkəzlərinə müraciət edə bilərlər. KOB inkişaf mərkəzlərinin ekspertləri tərəfindən biznes planın hazırlanması üçün sahibkarlara ödənişsiz olaraq dəstək göstərilir.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?