19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Muzdlu işdən əldə olunan gəlirlərin məcburi sosial sığorta ödəmələrinə cəlb edilməsi

Azərbaycanda fəaliyyət göstərən bütün müəssisələr (fiziki və hüquqi şəxslər) işçiləri əmək müqaviləsi əsasında muzdlu əmək fəaliyyətinə cəlb etdikləri zaman onlara görə məcburi sosial sığorta haqqı (MDSS) ödənişi etməlidirlər. İqtisadçı ekspert Radil Fətullayev MDSS-nin ödəniş qaydalarını şərh edir:

MMDS ödənişləri 2 yerə bölünür:

- sığortaedənin ödənişləri (işəgötürən müəssisənin hesabına tutulan sosial ödənişlər);
- sığorta olunanın ödənişləri (işçinin hesabına tutulan sosial ödənişlər.

“Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən, məcburi sosial sığorta haqqının hesablanması qaydası aşağıdakı iki istiqamət üzrə aparılmalıdır:

- qeyri-neft-qaz və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığorta olunanlar üçün MDSS-nin hesablanması;
- neft-qaz və dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığorta olunanlar üçün MDSS-nin hesablanması.
Qanuna əsasən yuxarıda qeyd olunan sektorlar üçün MDSS-nin hesablanması 2019-cu il yanvarın 1-dən başlayaraq 7 il müddətində aşağıdakı qrafikdə göstərilən kimi müəyyənləşdirilib:

Əmək müqaviləsi üzrə çalışan işçilərin MDSS-ə

cəlb edilməsi qaydası

Qeyri-neft-qaz və qeyri-dövlət sektoru üçün sığorta ödənişlərin hesablanması

Neft-qaz və dövlət sektoru üçün sığorta ödənişlərin hesablanması

SE

(sığortaedən) hesabına ödənişlər

SO

(sığorta olunan) hesabına ödənişlər

SE

hesabına ödənişlər

SO

hesabına ödənişlər

22/15%

3/10%

22%

3%

Qeyri-neft və qeyri-dövlət sektoru üçün məcburi sosial sığorta haqqının hesablanması qaydası aşağıdakı kimidir:

- Sığortaedənin hesabına ödənişlər işəgötürən müəssisə tərəfindən (işçinin maaşından tutulmayan) ödənilən sosial ödənişlərdir. Bu cür ödənişlər müəssisənin xərci kimi qeyd olunaraq hesabata daxil edilir. “Sosial sığorta haqqında” Qanuna əsasən, Azərbaycanda bu cür ödənişin faiz dərəcəsi əməkhaqqı fondundan 200 manata qədər olduqda 22 faiz, 200 manatdan çox olduqda əlavə məbləğin 15 faizi miqdarında MDSS-yə cəlb olunur.

- Sığortaolunanın hesabına ödənişlər işçinin maaşından tutularaq ödənilən sosial ödənişlərdir. Azərbaycanda bu ödənişin miqdarı qüvvədə olan qanunvericiliyə görə, əməkhaqqı 200 manata qədər olduqda 3 faiz, 200 manatdan yuxarı olduqda əlavə məbləğin 10 faizi miqdarında MDSS -yə cəlb olunur.

Neft və büdcə sektoru üçün məcburi sosial ödənişlərin hesablanması qaydası aşağıdakı kimidir:

- Sığortaedənin hesabına ödənişlərin məbləği əməkhaqqı fondunu birbaşa 22 faizə vurmaqla hesablanır və alınan məbləğ MDSS-yə cəlb olunur.

- Sığorta olunanın hesabına ödənişlərin miqdarı 2019-cu il üzrə qanunvericiliyə görə əməkhaqqının 3 faizi məbləğində müəyyən edilib.

Misal: Fərz edək ki, qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən müəssisənin üç işçisi vardır. Onların aylıq əməkhaqqı aşağıdakı kimidir:

direktor – 500 manat ;
mühasib - 300 manat;
təşkilatçı - 250 manat.

Direktor üçün:
Sığortaedən üçün MDSS məbləği:

200x22%+(500-200)x15% = 44+45=89 manat

Sığortaolunan üçün MDSS məbləği:

200x3%+(500-200)x10%=6+30=36 manat

Mühasib üçün:
Sığortaedənin MDSS məbləği:

200x22%+(300-200)x15% = 44+15=59 manat

Sığortaolunan üçün MDSS məbləği:

200x3%+(300-200)x10%=6+10=16 manat

Təşkilatçı üçün:

Sığortaedənin MDSS məbləği:

200x22%+(250-200)x15% = 44+7,5=51,5 manat

Sığorta olunan üçün MDSS məbləği:

200x3%+(250-200)x10%=6+5=11 manat.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?