MMDS ödənişləri 2 yerə bölünür:
- sığortaedənin ödənişləri (işəgötürən müəssisənin hesabına tutulan sosial ödənişlər);
- sığorta olunanın ödənişləri (işçinin hesabına tutulan sosial ödənişlər.
“Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən, məcburi sosial sığorta haqqının hesablanması qaydası aşağıdakı iki istiqamət üzrə aparılmalıdır:
- qeyri-neft-qaz və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığorta olunanlar üçün MDSS-nin hesablanması;
- neft-qaz və dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığorta olunanlar üçün MDSS-nin hesablanması.
Qanuna əsasən yuxarıda qeyd olunan sektorlar üçün MDSS-nin hesablanması 2019-cu il yanvarın 1-dən başlayaraq 7 il müddətində aşağıdakı qrafikdə göstərilən kimi müəyyənləşdirilib:
|
|
|
|
Əmək müqaviləsi üzrə çalışan işçilərin MDSS-ə cəlb edilməsi qaydası |
|
|
|
|
|||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Qeyri-neft-qaz və qeyri-dövlət sektoru üçün sığorta ödənişlərin hesablanması |
|
Neft-qaz və dövlət sektoru üçün sığorta ödənişlərin hesablanması |
|||||||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
SE (sığortaedən) hesabına ödənişlər |
|
SO (sığorta olunan) hesabına ödənişlər |
|
|
SE hesabına ödənişlər |
|
SO hesabına ödənişlər |
||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
22/15% |
|
3/10% |
|
|
22% |
|
3% |
||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
Qeyri-neft və qeyri-dövlət sektoru üçün məcburi sosial sığorta haqqının hesablanması qaydası aşağıdakı kimidir:
- Sığortaedənin hesabına ödənişlər işəgötürən müəssisə tərəfindən (işçinin maaşından tutulmayan) ödənilən sosial ödənişlərdir. Bu cür ödənişlər müəssisənin xərci kimi qeyd olunaraq hesabata daxil edilir. “Sosial sığorta haqqında” Qanuna əsasən, Azərbaycanda bu cür ödənişin faiz dərəcəsi əməkhaqqı fondundan 200 manata qədər olduqda 22 faiz, 200 manatdan çox olduqda əlavə məbləğin 15 faizi miqdarında MDSS-yə cəlb olunur.
- Sığortaolunanın hesabına ödənişlər işçinin maaşından tutularaq ödənilən sosial ödənişlərdir. Azərbaycanda bu ödənişin miqdarı qüvvədə olan qanunvericiliyə görə, əməkhaqqı 200 manata qədər olduqda 3 faiz, 200 manatdan yuxarı olduqda əlavə məbləğin 10 faizi miqdarında MDSS -yə cəlb olunur.
Neft və büdcə sektoru üçün məcburi sosial ödənişlərin hesablanması qaydası aşağıdakı kimidir:
- Sığortaedənin hesabına ödənişlərin məbləği əməkhaqqı fondunu birbaşa 22 faizə vurmaqla hesablanır və alınan məbləğ MDSS-yə cəlb olunur.
- Sığorta olunanın hesabına ödənişlərin miqdarı 2019-cu il üzrə qanunvericiliyə görə əməkhaqqının 3 faizi məbləğində müəyyən edilib.
Misal: Fərz edək ki, qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən müəssisənin üç işçisi vardır. Onların aylıq əməkhaqqı aşağıdakı kimidir:
direktor – 500 manat ;
mühasib - 300 manat;
təşkilatçı - 250 manat.
Direktor üçün:
Sığortaedən üçün MDSS məbləği:
200x22%+(500-200)x15% = 44+45=89 manat
Sığortaolunan üçün MDSS məbləği:
200x3%+(500-200)x10%=6+30=36 manat
Mühasib üçün:
Sığortaedənin MDSS məbləği:
200x22%+(300-200)x15% = 44+15=59 manat
Sığortaolunan üçün MDSS məbləği:
200x3%+(300-200)x10%=6+10=16 manat
Təşkilatçı üçün:
Sığortaedənin MDSS məbləği:
200x22%+(250-200)x15% = 44+7,5=51,5 manat
Sığorta olunan üçün MDSS məbləği:
200x3%+(250-200)x10%=6+5=11 manat.