16 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Resurs səmərəliliyi və daha təmiz istehsalat”a dair məlumatlandırıcı seminar keçiriləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara müraciət edib.

KOBİA-dan bildirilib ki, avqustun 13-də Avropa İttifaqının dəstəyi ilə Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “EU4Environment” regional layihəsinin “Resurs səmərəliliyi və daha təmiz istehsalat” komponenti çərçivəsində onlayn məlumatlandırma seminarı keçiriləcək. Tədbirin məqsədi “EU4Environment” regional layihəsi barədə məlumatlılığın artırılması, layihənin “Resurs səmərəliliyi və daha təmiz istehsalat” komponenti üzrə fəaliyyət planının təqdimatı və fəaliyyətlərin həyata keçiriləcəyi bölgələr və sektorlar barədə müzakirələrin aparılmasıdır. Seminar yaşıl inkişaf, dairəvi iqtisadiyyat, resurs səmərəliliyi, daha təmiz istehsal, sənaye inkişafı və ətraf mühitin qorunması ilə maraqlanan hər kəs üçün açıqdır.

Seminarda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və digər hökumət qurumlarının, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişaf Təşkilatının (UNIDO), həmçinin şirkətlərin, təşkilatların, birliklərin, QHT-lərin, maliyyə qurumlarının, akademik və tədqiqat institutlarının nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Tədbirdə iştirak etmək istəyənlər əvvəlcədən https://zoom.us/meeting/register/tJAsd-CorDkuEt10zqDTUprn7fZkJs2s1KoX linkinə daxil olmaqla qeydiyyatdan keçməlidirlər.

VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır? VergiTəsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir?