4 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat Nazirliyi yanında İctimai şuraya seçkilər keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında İctimai şuranın üzvlüyünə seçkilərlə bağlı yaradılmış komissiyanın avqustun 5-də növbəti iclası keçirilib. İclasda bir sıra məsələlər, o cümlədən seçkilərin keçirilməsi tarixi, yeri və vaxtının müəyyən edilməsi ilə bağlı müzakirələr aparılıb.

Seçki Komissiyasının qərarına əsasən, İctimai şuraya seçkilər 21 avqust 2021-ci il tarixində saat 12:00-dan 14:00-dək “İqtisadi Elmi Tədqiqat İnstitutu”nun inzibati binasında (Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti, 88a ünvanında) keçiriləcəkdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə” nin tələblərinə əsasən, birgə yığıncaqda səsvermə hüququ əldə etmək istəyən vətəndaş cəmiyyəti institutları avqustun 11-dək təmsilçiləri (1 nəfər olmaqla) haqqında məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) [email protected] elektron poçt ünvanı vasitəsilə seçki komissiyasına təqdim edə bilərlər.

VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?