Birjalarda neft qiymətləri
Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,03 dollar azalaraq 70,35 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,02 dollar artaraq 68,17 dollar olub.