15 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ani Ödənişlər Sistemi vasitəsilə 97 milyon manatlıq ödəniş həyata keçirilib

2020-ci ilin oktyabr ayından istifadəyə verilmiş Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə 2021-ci ilin altı ayı ərzində həyata keçirilən ödənişlərin sayı 37 min ədəd, həcmi isə 97 milyon manat olub.

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, sistemin “AniPay” mobil tətbiqinin funksionallığının genişləndirilməsi istiqamətində işlər uğurla davam etdirilir. Belə ki, cari ildə AÖS platformasında “QR kod” nağdsız ödəniş imkanı yaradılıb. Bu ödəniş üsulunun üstünlükləri ödənişlərin birbaşa bank hesabları üzərindən aparılması və əldə olunan malların dəyərinin ödəniş kartından istifadə etmədən mobil qurğular vasitəsilə həyata keçirilməsidir. Xüsusilə pandemiya şəraitində gündəlik ödənişlərin fiziki təmas olmadan təhlükəsiz formada həyata keçirilməsi üçün “QR kod” ödəniş üsulundan istifadə daha effektiv hesab olunur.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?