5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın kibertəhlükəsizlik strategiyası hazırlanıb

Bakıda keçirilən beynəlxalq "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində BMT İnkişaf Proqramı ilə birgə VI Regional İnternet İdarəçilik Forumu təşkil edilib.

"Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz" mövzusuna həsr olunmuş tədbirdə iştirak edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Birləşmiş Millətlər Təşkilatının baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının rəhbərinin müavini və proqramın Avropa və MDB üzrə regional bürosunun direktoru Miryana Spolyariç Eqqer, Beynəlxalq Telekommunikasiya İttifaqının MDB ölkələri üzrə regional bölməsinin rəhbəri Kiril Oparin öncə kibertəhlükəsizlik sahəsində həllər təklif edən yerli, eləcə də beynəlxalq şirkətlərin məhsul və xidmətlərinin nümayiş olunduğu "Cyber Village" sərgisinə baxıblar.

Açılış mərasimində çıxış edən rabitə və yüksək texnologiyalar naziri R.Quluzadə Azərbaycan hökuməti ilə BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlığının 20 ilə yaxın tarixi olduğunu bildirib: "Ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan "AzDatacom" şəbəkəsi, regionda ilk TİER-3 səviyyəli Data Mərkəzin qurulması birgə fəaliyyətin nəticəsidir. Bu layihələr Azərbaycanda dayanıqlı inkişafa böyük töhfə verib. Bu gün də BMT İnkişaf Proqramı ilə əməkdaşlığımız davam edir. Birgə əməkdaşlıq çərçivəsində hazırlanmış "Bilik iqtisadiyyatı – Azərbaycanın İnnovasiya Yol Xəritəsi" bizim üçün çox önəmlidir. Bu layihə çərçivəsində keçirilən "İdeyadan biznesə" startap turları və məktəblərdə robotexnika laboratoriyalarının qurulması üzrə tərəfdaşlığımızdan məmnunuq".

Nazir Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı ilə əməkdaşlığına da toxunaraq qeyd edib ki, ötən il təşkilatın səlahiyyətli konfransında keçirilmiş seçkilərdə ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına yenidən, Radiotənzimləmə Bürosuna isə ilk dəfə üzv seçilib: "Müasir texnologiyalar, internet hazırda insanların, cəmiyyətin, dövlətin inkişafında əvəzedilməz rola malikdir. Bütün bunlar təhsil, səhiyyə, ticarət, media, məşğulluq və bir çox digər sahələrdə inkişafa yeni imkanlar yaradıb. İnternet tətbiqləri, sosial şəbəkələr insanlar üçün müasir ünsiyyət formasına çevrilib. İnternet sayəsində açıq və şəffaf idarəetmə sistemi formalaşıb, vətəndaş-dövlət münasibətləri yeni məzmun alıb. Bununla belə, bu inkişaf dünyada kibertəhlükəsizliklə bağlı ciddi problemlər də yaradıb: yeni texnoloji cinayət növləri meydana çıxıb, onların təsir coğrafiyası və əhatə dairəsi genişlənib. Kibercinayətlərin sayı da ildən-ilə artmaqdadır".

Miryana Spolyariç Eqqer forumdakı çıxışında internetin insanların həyatında və idarəetmədə əhəmiyyətindən danışıb: "Bu forum internetin gələcəyi ilə bağlı əhəmiyyətli müzakirələrə yol açır, sadə insanların həyatını yaxşıya doğru dəyişmək və yeni nəsil idarəetmə üsullarını inkişaf etdirmək üçün internet texnologiyalarının potensialını daha yaxından araşdırmaq üçün yeni imkanlar irəli sürür, "heç kim kənarda qalmasın" prinsipinə uyğun olaraq, daha əhatəli və hər kəs üçün əlçatan olan idarəetmə platformaları yaradır".

Kiril Oparin Azərbaycanın bu qurumla bütün sahələrdə səmərəli əməkdaşlıq etdiyini bildirərək, ölkə başçısının informasiya-kommunikasiya texnologiyaları, innovasiyalar sahəsinə böyük diqqət və dəstək göstərdiyini vurğulayıb.

Daha sonra forum öz işini "Regionun kibertəhlükəsizlik məsələləri" "Kibertəhlükəsizlik sahəsində beynəlxalq təcrübə", "Kibertəhlükəsizlikdə innovativ həllər" "Uşaqlar üçün təhlükəsiz internet" mövzularında sessiyalarla davam etdirib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?