19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vüsal Qasımlı: Azərbaycanda hər 5 fərdi sahibkardan biri qadındır

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) nümayəndə heyəti ilə görüşüb.

İİTKM-dən bildirilib ki, V.Qasımlı deyib ki, Prezident İlham Əliyevin qəbul etdiyi Strateji Yol xəritələrinin icrası çərçivəsində yaradılan assosiasiya qadın sahibkarlığının inkişafında, qadın sahibkarlığı sahəsində təşəbbüskarlığın artırılmasında, sahibkar qadınların maraqlarının qorunmasında, şəffaflıq və sosial məsuliyyət prinsipləri əsasında onlara biznes xidmətlərinin göstərilməsində mühüm rol oynayır: "2020-ci ildə 174 min 329 sahibkarlıq subyekti qeydiyyata alınıb, onlardan 9230-u kommersiya hüquqi şəxs, 165 min 99-u fərdi sahibkardır. Kommersiya hüquqi şəxslərin 14,8 faizinin (1373) təsisçisi və fərdi sahibkarların 20,4 faizi (33 min 742) qadındır. Beynəlxalq müqayisələr göstərir ki, qadın sahibkarlığının inkişafı ölkədə iqtisadi artımın sürətlənməsi, sosial rifahın yaxşılaşması və inklüzivliyin təmin olunmasında əhəmiyyətlidir".

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva qadın sahibkarlığın inkişafı üçün dövlət dəstəyinin əhəmiyyətini qeyd etməklə yanaşı, həm də vergi, gömrük, kredit, sığorta və sair sahələrdə təkliflərini təqdim edib. V.Qasımlı dövlət-özəl dialoqu çərçivəsində verilən təkliflərin islahat gündəliyini zənginləşdirəcəyinə inamını ifadə edib.

İİTKM-in innovativ layihələri olan Azexport, Rəqəmsal Ticarət Qovşağı və EnterpriseAzerbaijan.com portalı ilə AQSİA arasında əməkdaşlıq imkanları müzakirə edilib. AQSİA-nın nümayəndə heyəti həmçinin İİTKM-in nəzdində fəaliyyət göstərən "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin fəaliyyətilə yaxından tanış olublar.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?