14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qeyri-neft sektorundakı inkişaf iqtisadi fəaliyyətin dayanıqlılığı baxımından yeni imkanlar yaradır

2021-ci ilin birinci yarısının yekunları Azərbaycan iqtisadiyyatında iqtisadi artımın yenidən bərpa olunduğundan xəbər verir.

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, pandemiyaya baxmayaraq, ölkə iqtisadiyyatı hesabat dövründə 2 faiz artıb. Eyni zamanda, qeyri-neft sektorunda artım tempi 5 faizdən çoxdur.

Aqrar sektorda 6 faizədək artım qeydə alınıb. Bütün bunlar ondan xəbər verir ki, 6 ayda artım birbaşa qeyri-neft sektorunun və bu sektorda aparılan islahatlar nəticəsində baş verib. Nəticə etibarilə iqtisadi artımda neftdən kənar artım drayver rolunu oynayır. Eyni zamanda, ixrac və valyuta ehtiyatlarında artımlar müşahidə olunur. Azərbaycanın ixracatında 15 faiz artım qeydə alınıb və qeyri-neft ixracı 27 faiz artıb. Bu ilin yekununda Azərbaycanın ixracatı 2 milyard dollardan çox olacaq ki, bu da praktik olaraq müstəqillik ilinin rekord proqnozudur.

“Valyuta ehtiyatlarının xarici borc məbləğini altı dəfə üstələməsi də Azərbaycan iqtisadiyyatındakı həm təhlükəsizlik, həm də müstəqil siyasətin həyata keçirilməsindən xəbər verir. Azərbaycan valyuta ehtiyatlarının xarici borca nisbətən altı dəfə çox olan azsaylı ölkələrdən biridir. Xüsusən də MDB ölkələrində və digər inkişaf etmiş bir sıra ölkələrdə xarici borc məbləği ümumi daxili məhsulda xüsusi paya malikdir. Qonşu ölkələrdə xarici borcun ümumi daxili məhsulda payı 50 faizdən çoxdur. Azərbaycanda isə bu rəqəm 19 faizdir və növbəti illərdə bu faizin daha da azalması gözlənilir. Bu da ondan xəbər verir ki, həm qeyri-neft sektorundakı inkişaf, eyni zamanda, xarici borcun tənzimlənməsi, valyuta ehtiyatlarımızın artması növbəti dövrlər üçün də iqtisadi fəaliyyətin dayanıqlı inkişafı baxımından yeni imkanlar yaradır”, - deyə V.Bayramov qeyd edib.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?