28 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlarla görüş keçirilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən “Güzəştli kreditlərin əldə edilməsində sahibkarların üzləşdiyi problemlər” mövzusunda görüş keçirilib. Onlayn formatda təşkil olunan görüşdə Quba-Xaçmaz regionunda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Tədbir sahibkarların Fondun maliyyə dəstəyindən istifadəsi zamanı qarşılaşdıqları problemlərin müəyyən edilməsi və onların aradan qaldırılması yolu ilə fəaliyyətin effektivliyinə nail olunması məqsədilə təşkil edilib.

Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Arif Vəliməmmədov, həmçinin Quba-Xaçmaz regionunda fəaliyyət göstərən kredit təşkilatlarının təmsilçiləri və KOB dostları biznes nümayəndələrinin suallarını cavablandırıblar.

Bu cür görüşlərin mütəmadi olaraq müxtəlif regionlar üzrə təşkili planlaşdırılır.

Qeyd etmək lazımdır ki, Sahikarlığın İnkişafı Fondu sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışının təmin edilməsində güzəştli kredit və avadanlıq kreditini təmin edən, həmçinin pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlara dövlət dəstəyinin göstərilməsi və subsidiyaların verilməsini həyata keçirən əsas operatorlardan biridir.

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?