13 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dünya Bankı Azərbaycanla əməkdaşlığı genişləndirir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl ilə onlayn formatda görüş keçirilib.

İİTKM-dən bildirilib ki, görüşdə mərkəzin icraçı direktoru Vüsal Qasımlı postpandemiya dövründə iqtisadiyyatın dinamikası və aparılan sistemli dəstək tədbirləri nəticəsində əldə olunan inkişaf barədə məlumat verib. İİTKM-in 5 illik fəaliyyəti ərzində həyata keçirilən iqtisadi-sosial və institusional islahatların hazırlanması və xüsusilə monitorinq və qiymətləndirmə potensialının gücləndirilməsi sahəsində Dünya Bankının dəstəyi yüksək qiymətləndirilib. Həmçinin logistika, ticarət, kənd təsərrüfatı, təhsil və digər sektorlar üzrə Dünya Bankının qiymətləndirmə hesabatları əsasında Mərkəzdə keçirilən ənənəvi “Bilik Sərgiləri”nin əhəmiyyəti vurğulanıb. Azad olunan ərazilərin bərpası, “ağıllı kənd” inkişaf planı, regional logistika və ticarət imkanlarının araşdırılmasında gələcək əməkdaşlıq perspektivləri qeyd olunub.

Xüsusilə monitorinq və qiymətləndirmə üzrə beynəlxalq qurumlara İİTKM-in inteqrasiya olunması və birgə layihələrin həyata keçirilməsində Dünya Bankının dəstəyinin əhəmiyyətli olduğu bildirilib. İİTKM ilə əməkdaşlığın faydalı və nəticə-əsaslı olmasından məmnunluğunu bildirən S.Maykl insan kapitalının inkişafı, maliyyə, “ağıllı kənd” mövzularında Dünya Bankı tərəfindən görülən işlər barədə məlumat verib. Bildirilib ki, Mərkəzlə gələcəkdə də müzakirə olunan sektorlar üzrə birgə əməkdaşlıq davam etdiriləcək.

VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi? VergiHansı sahibkarlıq subyektləri xammal və material sərfi normaları barədə vergi orqanına məlumat verməlidir? VergiDaşınmaz əmlakın alğı-satqısı sahəsində fəaliyyəti necə rəsmiləşdirmək olar?