8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda ixracın idxalı qarşılama faizi 140 faiz təşkil edib

Uzun zamandır qlobal istehlakda baş verən darlaşma dünya ölkələrinin ticarət münasibətlərinə öz mənfi təsirlərini göstərib. Habelə, pandemiya ilə əlaqədar geniş istehlak və satınalma gücünə malik ölkələrin qeyri-tarif tənzimləmələri, xüsusilə sanitariya və fitosanitar yoxlamaların, texniki baryerlərin, kənd təsərrüfatı məhsullarına təhlükəsizliyin artırılması xarici ticarət həcminin azalmasına gətirib çıxarıb. Buna baxmayaraq, Azərbaycanın kənd təsərrüfatı və qida məhsulları üzrə ticarət partnyorlarında normallaşma prosesinin əhatə dairəsinin genişlənməsi mal və məhsul həcmində artıma səbəb olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə bildirib ki, ölkəmizdə yanvar-may ayları üzrə 1 faiz civarında iqtisadi artım, habelə pərakəndə ticarət dövriyyəsində müşahidə edilən 0,3 faiz, ərzaq məhsullarında isə 2,4 faizlik artım da daxili və xarici ticarətin bərpası istiqamətində proqnozları dəstəkləyir. Qeyri-neft sektorunda qeydə alınan 4,5 faiz artımın hərəkətverici qüvvəsi sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalının 16,2 faiz artımıdır. Qeyri-neft sektorunda yaranan əlavə dəyərin əsas hissəsi ölkə daxili istehlakın tərkib hissəsidir.

O deyib: “Bu ilin ilk 6 ayı ərzində Azərbaycanın ixracının dəyəri 8,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,2 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 248 milyon dollar və ya 27,1 faiz artıb. Cari dövrdə ixracatın əsas hərəkətverici amili neft sektoru olsa da, bərpa dönəmində qeyri-neft ixracı üzrə pay 13,2 faizə qədər artıb. Baxılan dövr ərzində adambaşına düşən qeyri-neft və qaz ixracda artım müşahidə edilib. Belə ki, qeyri-neft və qaz ixracı üzrə 2017-ci ilin ilk 6 ayı üzrə ildə 82 dollar, 2018-ci ildə 94 dollar, 2019-cu ildə 97 dollar olub. Pandemiya dönəmi ilə əlaqədar bu göstərici 91 dollara düşsə də, bu ilin ilk 6 ayında tarixdə ilk dəfə 116 dollar səviyyəsinə qalxıb. Normallaşma prosesinin davam etdiyi dövrdə iyun ayı üzrə xarici ticarət həcmi 2,4 milyard dollar olmaqla, mövcud dövr ərzində ölkə üzrə ixrac 1,4 milyard dollar, idxal isə 997,1 milyon dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 33,7 faiz təşkil etməklə 254,9 milyon dollar olub. Habelə, iyun ayında qeyri-neft ixracının ümumi ixracda payının təxminən 20 faizə yaxınlaşmasını da əlamətdar hadisə kimi qeyd edə bilərik. Daha bir göstərici ixracatın idxalı qarşılama əmsalıdır ki, bu da 1,4 bənd, faizlə ifadə etsək 140 faiz təşkil edib. Halbuki, bu göstərici ötən il pandemiya səbəbilə 86,7 faiz təşkil edib. İxracın idxalı qarşılama əmsalı və ya faizi idxalın ixrac tərəfindən nə qədər qarşılanmasını göstərən indikatordur”.

Qeyd edək ki, Gürcüstanda bu 47,5 faiz, Ermənistanda isə 40 faizdir. Mal və məhsul ixracından əlavə qeyri-neft sektoru üzrə xidmətlər ixracı üzrə ilin ilk rübündə 496 milyon dollar civarında ixrac həyata keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə azalma qeydə alınmasının əsas səbəbi, 2020-ci ilin ilk aylarında turizm sektorunun aktiv fəaliyyəti ilə əlaqədardır. Pandemiyanın geniş əhatə olunmadığı 2020-ci ilin ilk rübündə turizm xidmətləri ixracı 267,4 milyon dollar təşkil edib ki, bu da xidmətlər ixracındakı artımı şərtləndirib. Habelə, 2020-ci ilin ilk rübü üzrə qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 192.2 milyon ABŞ dolları olduğu halda, 2021-ci ilin ilk rübündə xidmətlər balansının kəsiri azalaraq 138 milyon ABŞ dolları təşkil edib. Xidmətlər ixracının drayveri olan nəqliyyat xidmətləri qeyri-neft sektoru üzrə 305,5 milyon təşkil edib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?