13 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Beş ayda neft-qaz sektoruna 2,2 milyard manat yönəldilib

Yanvar-may aylarında neft-qaz sektoruna 2 milyard 287,9 milyon manat yönəldilib. Ötən ilin eyni ayları ilə müqayisədə neft-qaz sektoruna yatırılmış investisiyalar 2,1 faiz azalıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 5 ayda neft-qaz sektorunda 11 milyard 614,5 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin bu sektorunda məhsul istehsalı əvvəlki ilin eyni aylarına nisbətən 5,2 faiz azalıb. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 6,7 faiz geriləyib.

Sənaye məhsulunun 62,5 faizi mədənçıxarma sektorunda istehsal edilib. May ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 105,4 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 106,8 faiz təşkil edib. Əvvəlki aya nisbətən mayda istehsalçı qiymətləri indeksi neft-qaz sənayesi üzrə 106,3 faiz olub.

Mayın 1-nə iqtisadiyyatın neft-qaz sektorunda 32,7 min nəfər çalışıb. Yanvar-aprel aylarında neft-qaz sektorunda nominal əməkhaqqı isə 3209,2 manat təşkil edib.

VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi? VergiHansı sahibkarlıq subyektləri xammal və material sərfi normaları barədə vergi orqanına məlumat verməlidir? VergiDaşınmaz əmlakın alğı-satqısı sahəsində fəaliyyəti necə rəsmiləşdirmək olar?