18 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanla Almaniya arasında sosial təminat sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişovla Alman-Azərbaycan Ticarət Palatası (AATP) İdarə Heyətinin sədri Fərid İsayev və Palatanın icraçı direktoru Tobias Baumann arasında işgüzar görüş olub.

DSMF-dən verilən məlumata görə, H.Məmişov son illər Azərbaycanda sosial təminat sistemində aparılan islahatlar, görülən işlər, əhaliyə göstərilən elektron xidmətlər, proaktiv pensiya təyinatı, prioritet hədəflər barədə məlumat verib.

Görüşdə Alman-Azərbaycan Ticarət Palatasının nümayəndələri sosial təminat sahəsində qabaqcıl beynəlxalq təcrübənin, o cümlədən Almaniya təcrübəsinin təşviqi işində Fondla əməkdaşlıq etmək niyyətlərini ifadə ediblər. Təcrübə və məlumat mübadiləsinin daha geniş müstəvidə aparılması məqsədilə qarşılıqlı fəaliyyətin aktuallığını bildiriblər. Əməkdaşlıq istiqamətlərini özündə ehtiva edəcək Niyyət Protokolunun imzalanmasının məqsədəuyğun ola biləcəyini qeyd ediblər.
İkitərəfli əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı faydalı əməkdaşlığın qurulması məsələləri müzakirə olunub.

VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu?