16 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOBİA sahibkarları onlayn görüşlərə dəvət edir

Kənd təsərrüfatı, yüngül sənaye, istixana təsərrüfatı, arıçılıq və bal istehsalı, ictimai iaşə, turizm sahələrində fəaliyyət göstərən sahibkarlar üçün dövlət qurumlarının iştirakı ilə onlayn görüşlər təşkil olunacaq.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, sahibkarlar KOBİA-nın təşkilatçılığı ilə keçiriləcək onlayn görüşlərlə bağlı ətraflı məlumatı və tədbirlərə qoşulmaq üçün keçid linklərini agentliyin rəsmi internet səhifəsindən əldə edə bilərlər (https://smb.gov.az/az/events?slug=tedbir).

Sahəvi görüşlərdə aidiyyəti dövlət qurumlarının və biznes assosiasiyaların iştirakı ilə sahibkarları narahat edən məsələlər və onların həlli yolları müzakirə ediləcək, müvafiq sahələr üzrə ehtiyacları və təklifləri öyrəniləcək, sahibkarları maraqlandıran suallar cavablandırılacaq.

KOBİA sahibkarları iyun ayında keçiriləcək sahəvi görüşlərdə fəal iştiraka dəvət edir.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?