11 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Pocketbook” layihəsinin təqdimatı keçirilib

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisilayarın Təşviqi Fondunun (AZPROMO) və “Socar Türkiyə”nin təşkilatçılığı ilə “PocketBook” layihəsi və saytının təqdimatı, həmçinin sahibkarlarla görüş keçirilib.

Tədbirdə rəsmi şəxslərlə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlarda iştirak edib.

AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev “Pocketbook” layihəsi müəssisələrin idarə edilməsində, kadrların əmək fəaliyyətinin stimullaşdırılmasında faydalı olacağını vurğulayıb, layihə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Bildirilib ki, layihə müasir iş dünyasında lazımi bilik və bacarıqların təkmilləşdirilməsi, “İdarəetmə kitabları”ndan hər bir vətəndaşın elektron formatda faydalanması imkanı yaradacaqdır. Layihəyə daxil olan kitablar marketinq, bazar araşdırması, büdcənin tərtib edilməsi, müştəri xidmətləri, komandanın qurulması, qərarların qəbul edilməsi və s. bilik və bacarıqları əhatə edir.

Bundan başqa, ümumilikdə 103 kitabın Azərbaycan dilinə tərcümə olunaraq sayta yüklənəcəyi vurğulanıb. Artıq 3 kitab sayta yerləşdirilib.

Sonda “Pocketbook” layihəsinin təqdimatı keçirilib, müzakirələr aparılıb, suallar cavablandırılıb.

VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi