14 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Turizm sektorundakı açılımlar məşğulluq baxımından da vacibdir

Azərbaycan iyun ayının 10-dan Türkiyə və Rusiya vətəndaşları üçün hava əlaqəsini bərpa edəcək. Bununla yanaşı, COVID-19-a dair PCR testinin neqativ olduğunu təsdiqləyən sənəd üçün müddət də 48 saatdan 72 saata çatdırılıb.

Millət vəkili Vüqar Bayramov bildirib ki, turizm mövsümünün başladığını nəzərə alaraq peyvəndləmə prosesini sürətləndirən və virus sayını lokallaşdıra bilən ölkələrlə mərhələli şəkildə analoji yumşalmalara gedilməsi məqsədəuyğundur: “Pandemiyadan əvvəlki ildə Azərbaycana gələn 3 milyon 170 min turistin 29,4 faizi Rusiya, 22,9 faizi Gürcüstan, 10 faizi Türkiyə, 8,1 faizi İran, 3,4 faizi Səudiyyə Ərəbistanı, 2,2 faizi Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları idi. Bu baxımdan, gəlmə turizmdə xüsusi paya malik ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq mərhələli şəkildə həmin ölkə vətəndaşlarının da Azərbaycana səfər qaydalarının yumşaldılması ölkəyə daxil olan valyutanın həcminin artırılması baxımdan vacibdir”.

V.Bayramov qeyd edib ki, turizm neftdən sonra ölkəmizə ən çox valyuta gətirən sektordur. 2019-cu ildə Azərbaycanın gəlmə turizm gəlirləri 2,7 milyard dollardan çox olub. Pandemiyadan öncə turizm və əlaqəli sahələrdə 100 minə yaxın vətəndaşımız çalışırdı. Buna görə də turizm sektorundakı açılımlar məşğulluğun təmin edilməsi baxımdan da vacibdir.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?