24 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türkiyə İxracatçılar Məclisi: Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıyıq

Türk ixracatçısı koronavirus pandemiyasına baxmayaraq, hər ay ixrac rekordlarına imza ataraq tarixi uğurlara nail olur. Martda Türkiyənin ixracı 42,2 faiz artmaqla 18 milyard 985 milyon dollara çatıb. Bu rəqəm ölkə tarixinin ən yüksək aylıq ixrac göstəricisi olub. Apreldə isə 18 milyard 766 milyon dolarla indiyədək ən yüksək aprel ayı göstəricisinə imza atıb. Həmçinin Türkiyə ixracatçılarının 2021-ci ilin ixrac hədəfi olan 184 milyard dolları da keçməsi gözlənilir.

Türkiyə İxracatçılar Məclisindən (TİM) bildirilib ki, 61 ixracatçı birliyi, 27 sektor ilə 100 min ixracatçını öz ətrafında toplayan TİM də bu hədəfə çatmaq üçün səylərini sürətlə davam etdirir. Bu çərçivədə TİM Azərbaycan və Gürcüstan üçün nəzərdə tutulmuş iştirakçı şirkətlərlə yeni əməkdaşlıqlar və satışlar üçün fürsətlər yaradacaq. Bunun üçün ixracat rəqəmlərini iki ölkədə artıracaq Virtual Ticarət Heyəti proqramı təşkil olunub. Türkiyənin Ticarət Nazirliyinin koordinasiyası və TİM-in təşkilatçılığı ilə həyata keçirilən proqramın açılışında ticarət nazirinin müavini Rza Tuna Turaqay, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazgan ve Türkiyə İxracatçılar Məclisinin prezidenti İsmail Gülle iştirak ediblər.

Proqramın açılışında çıxış edən ticarət nazirinin müavini Rza Tuna Turagay bildirib ki, hər iki ölkəni qazanmaq, qazandırmaq və Türkiyə məhsullarının imicini artırmaq üçün bölgənin ixrac bazası etmək mümkündür.
Türkiyənin ölkəmizdəki səfiri C.Bağcı deyib: “Azərbaycanın neft məhsulları sahəsində ən böyük ticarət tərəfdaşı Türkiyədir. Qarabağda əldə edilən Qələbədən sonra münasibətlər daha da möhkəmlənib. Müdafiə və aviasiya sektorunda ciddi bir artım var. Azərbaycanın yeni strategiyası Qarabağın bərpası üçün qeyri-neft gəlirlərini artırmaq və xərcləri şaxələndirməkdir. Bölgə üçün istehsalyönümlü xüsusi inkişaf planları hazırlanır.

Azərbaycanda qeyri-neft sektoru 5 faiz artıb. Dünya da qardaş ölkədəki potensialın fərqindədir. Xüsusilə strateji ittifaqlar, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoyulacaq investisiyalar böyük əhəmiyyət kəsb edir”.

TİM-in prezidenti İsmail Gülle qeyd edib ki, Türkiyə İxracatçıları Məclisi qonşularla, xüsusilə yaxın coğrafiyadakı ölkələrlə ikitərəfli ticarətə böyük əhəmiyyət verir. Çünki qloballaşma əvəzinə, dünyada regionallaşma tendensiyası getdikcə daha çox əhəmiyyət kəsb edir. Bunun ən bariz nümunəsi ötən ilin noyabrında dünyanın ən böyük ticarət tərəfdaşlığının imzalanması idi. Bu razılaşma ilə dünya əhalisinin 30 faizinin və ÜDM-in bir mərkəzdə toplandığını görürük.

“Biz də yaxın regionda həyata keçirəcəyimiz əməkdaşlıq yolu ilə regional inkişafı təmin etməliyik. Biz yalnız bu yolla təchizat zəncirlərində transformasiyanın payını ala bilərik. Hazırda bütün sahələrdə normallaşmadan danışırıq. Vaksinasiyanın təsiri ilə yaxın aylarda bütün sahələrdə məhdudiyyətlərin aradan qaldırılacağına ümid edirik. Bu dövr ərzində əldə etdiyimiz təcrübələr və atdığımız innovativ addımlarla düşünür ki, hədəfimizdən yüksək olan bir rəqəmə çatacağıq və bu il 200 milyard dollarlıq məhsul ixrac edəcəyik”, - deyə o vurğulayıb.
Türkiyənin Azərbaycan və Gürcüstanla çoxəsrlik tarixə malik olduğunu söyləyən İ.Gülle bildirib ki, iki ölkənin ümumi əhalisinin sayı 14 milyon olsa da, bu ölkələr geniş bazara çıxış əldə etməyə malikdirlər. Türkiyəli sahibkarların iki ölkədə ümumilikdə 4 minədək şirkəti var. Bu çox böyük rəqəmdir. Bu şirkətlər hər Türkiyə ilə birlikdə hər iki ölkənin iqtisadiyyatına əhəmiyyətli töhfələr verir.

Azərbaycan və Türkiyə ilə qurulan əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə inanırıq.

Son 20 ildə iki ölkəyə ixracın əhəmiyyətli dərəcədə artdığını bildirən TİM-in prezidenti əlavə edib ki, 2000-ci ildə Azərbaycana ixrac 230 milyon dollar olduğu halda 2020-ci ildə 805 faiz artaraq 2 milyard dollardan çox olub. Qeyd edilən dövrdə Gürcüstanla da ixracda əhəmiyyətli yüksəliş qeydə alınıb. Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşı və Azərbaycanın ikinci böyük ticarət tərəfdaşıdır: “Türkiyədən Azərbaycana ixracın ən çox artdığı sektorlardan biri də müdafiə və aviasiya sektorudur. Ötən ilin eyni dövrü ilə müqayisədə bu sektorda ixrac artıb. Keçən il Azərbaycana ixracda ən çox diqqət çəkən artım heyvandarlıq məhsulları və tekstil sektorları olub”.

VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz?