12 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aprel ayında respublikada elektrik enerjisi istehsalı artıb

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2021-ci ilin aprel ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 99,4 milyon kilovat/saat artaraq 2 milyard 22,9 milyon kilovat/saat olub. Ay ərzində elektrik enerjisinin ixracı 47,5 milyon kilovat/saat, idxalı isə 15milyon kilovat/saat təşkil edib.

Energetika Nazirliyindən bildirilib ki, cari ilin yanvar-aprel aylarında isə respublikada elektrik enerjisinin istehsalı 8 milyard 947,8 milyon kilovat/saat olub. Hesabat dövründə ötən ilin 4 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 46,5 milyon kilovat/saat azalaraq 8 milyard 388,7 milyon kilovat/saat, SES-lərdə 98,6 milyon kilovat/saat artaraq 440,4 milyon kilovat/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 1 milyon kilovat/saat azalaraq 118,7 milyon kilovat/saat olub.

Bu dövrdə külək elektrik stansiyalarında 31,12 milyon kilovat/saat, günəş elektrik stansiyalarında 14,2 milyon kilovat/saat, bərk məişət tullantılarının yandırılması zavodunda 73,42 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.

Dörd ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 8 milyard 50,5 milyon kilovat/saat (İES-lərdə 7 milyard 655,7 milyon kilovat/saat, SES-lərdə 394,8 milyon kilovat/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 115,9 milyon kilovat/saat (İES-lərdə 62,7 milyon kilovat/saat, SES-lərdə 40,2 milyon kilovat/saat, GES-də 13 milyon kilovat/saat), müstəqil elektrik stansiyaları üzrə 758,9 milyon kilovat/saat, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında isə 22,5 milyon kilovat/saat təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin idxalı 47,2 milyon kilovat/saat olub. İrandan 10,8 milyon kilovat/saat, Rusiyadan 32 milyon kilovat/saat, Gürcüstandan isə 4,4 milyon kilovat/saat elektrik enerjisi idxal edilib.
Cari ilin 4 ayı ərzində elektrik enerjisinin ixracı 554,5 milyon kilovat/saat olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,8 milyon kilovat/saat artıb. İrana 10,8 milyon kilovat/saat, Türkiyəyə 12,7 milyon kilovat/saat, Rusiyaya 31,2 milyon kilovat/saat, Gürcüstana isə 499,8 milyon kilovat/saat elektrik enerjisi ixrac edilib.

VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi