15 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aşqabadda Beynəlxalq Neft və Qaz İnvestisiya Forumu keçirilir

Aşqabadda Beynəlxalq Neft və Qaz İnvestisiya Forumu keçirilir. Neft və qaz sektoruna xarici investisiyaların cəlb edilməsi üzrə beynəlxalq forum Türkmənistanın müstəqilliyinin 30-cu ildönümünə təsadüf edir.

Forumda SOCAR-ın prezidenti Rövnəq Abdullayev və İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf daxil olmaqla Azərbaycandan yüksək səviyyəli nümayəndə heyəti iştirak edir.

Həmçinin videoformatda keçirilən tədbirə 42 ölkədən 160-dan çox beynəlxalq neft-qaz və investisiya şirkətini təmsil edən 500-ə yaxın nümayəndə, eləcə də böyük beynəlxalq strukturlar və maliyyə qurumlarının aparıcı mütəxəssisləri qatılıb.

Forumun məqsədi Türkmənistanın neft və qaz sənayesinə birbaşa xarici investisiyaların cəlb edilməsi imkanlarını genişləndirmək, enerji sektorunun gələcək davamlı inkişafı üzrə regional dialoqu intensivləşdirməkdir.

Tədbir potensial investorların neft və qaz və qaz kimya sənayesində yeni investisiya layihələri, o cümlədən neft və qaz hasilatının optimallaşdırılması və Xəzər dənizinin Türkmənistan sektorunun şelfindəki yataqların işlənməsi barədə məlumatlılığını artıracaqdır.

Bundan əlavə, Forum çərçivəsində mühüm müqavilələr və memorandumlar imzalanacaq.

Forum işi sabah da davam etdiriləcək.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?