18 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Zəruri qayda və tələbləri pozan 29 sahibkarlıq subyekti cərimələnib

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə mayın 6-də keçirdiyi növbəti monitorinqlər zamanı Binəqədi rayonunda “Havalandırma mağazası”nda, Nizami rayonunda Həşim Əhmədova məxsus pərakəndə ticarət obyektində, Suraxanı rayonunda Sahib Həsənova məxsus ərzaq mağazasında, Yasamal rayonunda Ceyhun Xəlilova məxsus ayaqqabı mağazasında, Gəncə şəhərində “Dəhliz geyim mağazası”nda, "Univermaq şopping”də, Sumqayıt şəhərində “Uşaq hədiyyələri mağazası”nda, “Mebel mağazası Aysu”da, “Caspi computer”də, “Diana market”də, “Mağaza Ramiz”də, “Ramal market”də, "Elit tikinti materialları mağazası”nda, "Yazı düzü istilik sistemləri mağazası”nda, ümumilikdə 29 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu?