12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmlak icarəsinin maliyyə lizinqi sayılmasına hansı hallarda icazə verilir?

Əmlak icarəsinin maliyyə lizinqi sayılması Vergi Məcəlləsinin müddəaları ilə tənzimlənir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 140.2-ci maddəsinə əsasən, aşağıdakı hallarda əmlak icarəsi maliyyə lizinqi sayılır:

-Lizinq müqaviləsi ilə icarə müddəti qurtardıqdan sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulur, yaxud icarə müddəti qurtardıqdan sonra icarəçi əmlakı müəyyən edilmiş və ya qabaqcadan güman edilən qiymətlərlə almaq hüququna malikdir;

- İcarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən artıqdır;

- İcarə müddəti qurtardıqdan sonra əmlakın qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən azdır.

Burada diqqət yetirilməli məqamlar bunlardır:

1. Lizinq müqaviləsində lizinq alana lizinq obyektinin mülkiyyətə verilməsi və ya hər hansı məbləğ ilə satın almaq hüququ verilməlidir.

2. Qeyd etdiyimiz kimi, lizinqə götürülən əmlakın istifadə müddəti bir ildən artıq olmalıdıır. Vergi Məcəlləsinin tələbinə əsasən, lizinq obyektinin istismar müddəti ilə icarə müddəti arasında mütənasiblik gözlənilməlidir. Lizinq obyektinin istismar müddəti 8 ildirsə, o zaman icarə müddəti 6 ildən (8 ilin 75 faizindən) az olmamalıdır.

3. İcarə müddəti ilə əmlakın qaliq dəyəri arasındakı asılıq gözlənilməlidir. Lizinq obyektinin icarənin əvvəlinə qalıq dəyəri 50.000 manatdırsa, icarə müddətinin soununa əmlakın dəyəri 10.000 manatdan (50.000 x 20 faiz) az olmalıdır.

Vergi Məcəlləsinin 140.2.4-cü maddəsinə əsasən, icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin ən azı 90 faizinə bərabərdir və ya ondan artıq olduqda əmlak icarəsi maliyyə lizinqi sayılır.

Vergi Məcəlləsində ödəniləcək icarə haqqı məbləğinə hədlər müəyyənləşdirilir. Tutaq ki, icarənin əvvəlinə lizinq obyektinin dəyəri 60.000 manatdır. Bu zaman müqavilə əsasında ödəniləcək icarə haqqı 54.000 manata (60.000 manat x 90 faiz) bərabər və ya bu məbləğdən yuxarı olmalıdır.

Qeyd: Bu maddə aktivin istifadə olunması müddətinin 3/4-ü qurtardıqdan sonra başlanan icarəyə tətbiq edilmir.

Vergi Məcəlləsinin 140.2.5-ci maddəsində qeyd olunur ki, icarəyə götürülən əmlak icarəçi üçün sifarişlə hazırlanmışdır və icarə müddəti qurtardıqdan sonra icarəçidən başqa heç kəs tərəfindən istifadə edilə bilməz.

Yəni icarəçi dəyəri 100.000 manat olan texniki avandanlıq xaricdən gətirildikdən sonra lizinqə verilməsini sifariş edə bilər. Bu halda artıq icarə müddəti bitdikdən sonra icarəçi həmin avandanlığı yalnız özü istifadə etməlidir.

Fəxriyyə İKRAMQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?