24 Mart 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Beynəlxalq avtodaşımalarda iştirak edən yerli şirkətlərlə görüş keçirilib

Aprelin 24-də İqtisadiyyat və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə avtomobil nəqliyyatı vasitəsilə beynəlxalq daşımalarda iştirak edən yerli şirkətlərlə görüş keçirilib.

Yerli nəqliyyat müəssisələrinə və daşıyıcılara dəstək məqsədilə keçirilmiş işgüzar görüşdə dövlət qurumlarının nümayəndələri, avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalar sahəsində fəaliyyət göstərən şirkətlərin təmsilçiləri iştirak ediblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısının ölkəmizdə iqtisadiyyatın digər sahələri ilə yanaşı, infrastrukturun inkişafına xüsusi önəm verdiyini vurğulayıb, bu sahəyə böyük həcmdə dövlət investisiyasının yatırıldığını, nəqliyyat sektorunun təkmilləşdirilməsi məqsədilə görülən işlər nəticəsində logistika və tranzit imkanlarının genişləndiyini diqqətə çatdırıb. Qeyd edilib ki, ölkəmizdə aparılan uğurlu iqtisadi-siyasi islahatlara uyğun olaraq, son dövrlərdə qeyri-neft sektoru üzrə ixrac, idxal və tranzit dövriyyələrinin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu da öz növbəsində, beynəlxalq yükdaşımaların həcminin artmasına müsbət təsir göstərir. İqtisadiyyatın inkişafında, qarşıya qoyulmuş hədəflərə nail olunmasında infrastruktrun əhəmiyyətli rol oynadığını qeyd edən Mikayıl Cabbarov yükdaşımalar bazarında rəqabətin böyük olduğunu, yerli şirkətlərin rəqabətə davamlılığının artırılmasının vacibliyni bildirib.

Qeyd edilib ki, yükdaşımalarda avtonəqliyyat vasitələri ilə daşımalar böyük yer tutur. Avtonəqliyyat vasitəsi ilə beynəlxalq yük daşıyan yerli şirkətlərin bu sahədə payının artırılması üçün mühüm addımlar atılması zəruridir. Mikayıl Cabbarov dövlət-özəl sektoru tərəfdaşlığı çərçivəsində müvafiq dövlət qurumları, avtomobil vasitəsi ilə beynəlxalq yükdaşıma şirkətlərinin nümayəndələri və bu sahə üzrə ictimai birliklərin təmsil olunduğu işçi qrupun yaradılmasının məqsədəuyğun olduğunu vurğulayıb. İqtisadiyyat naziri görüş iştirakçılarını fəal müzakirələrə, açıq dialoqa dəvət edib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev son dövrlərdə ölkənin nəqliyyat-tranzit infrastrukturunun inkişafı sahəsində görülən işlər, beynəlxalq yükdaşımalar istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycanda ümumi uzunluğu 19 min kilometrdən artıq olan avtomobil yollarının 4,7 min km-dən çoxu respublika əhəmiyyətlidir. İşğaldan azad edilmiş ərazilərimizin bərpasından sonra bu yollara daha 2 min km əlavə edilmiş olacaq. Azad edilmiş torpaqlar və Naxçıvan vasitəsilə açılacaq yeni beynəlxalq tranzit marşrutları nəqliyyat-logistika sektorunda iştirakçılar üçün imkanları daha da genişləndirəcək.

Rəşad Nəbiyev milli avtomobil daşıyıcıların təkcə yerli bazarda deyil, regionda daha rəqabətqabiliyyətli olması üçün zəruri addımlardan bəhs edib. Nazir yerli şirkətləri qlobal şəbəkənin bir hissəsinə çevrilməyə, ona inteqrasiya etmək üçün səylərini artırmağa çağırıb. Qeyd edilib ki, innovativ, təhlükəsiz və etibarlı xidmət göstərən yerli şirkətlər beynəlxalq tərəfdaşlıq çərçivəsində regional bazarda mövqelərini möhkəmləndirə bilərlər.

Görüş iştirakçıları avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalar sahəsində təkliflər səsləndirib, mövzuya dair müzakirələr aparılıb, şirkətlərin nümayəndələrinin sualları cavablandırılıb.

İqtisadiyyatAğdam Sənaye Parkında rezidentlərin sayı 14-ə çatıb VergiAzərbaycan BEPS fəaliyyətləri üzrə öhdəliklərin icrasına başlayıb VergiHüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda vergi öhdəliyi necə tənzimlənir? İqtisadiyyatXamis Seyranov: “Yeni Rəqabət Məcəlləsi bir sıra üstünlüklərə malikdir” VergiVergi təşəbbüsləri və rəqəmsallaşma mövzuları üzrə təlim-seminar keçirilir İqtisadiyyatLatviya ilə potensial əməkdaşlıq imkanları müzakirə olunub VergiNaxçıvanda obyektlərin 50,6 faizində yeni nəsil NKA quraşdırılıb İqtisadiyyatEgils Levits Bakıda Azərbaycan və Latviya iş adamları ilə görüşüb VergiKeçmiş dövrlərdə artıq ödənilmiş ƏDV məbləği sonradan əvəzləşdirilə bilərmi? XəbərlərPrezident İlham Əliyev: “Biz pandemiya ilə mübarizə üçün 80 dövlətə yardım etmişik”