28 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
BMT 180 yeni vakansiya elan edib

BMT 180 yeni vakansiya elan edib

BMT-nin İnkişaf Proqramı problemlərin "yeni nəsil" həll yollarını hazırlamaq üçün akselerator laboratoriyası şəbəkəsinə start verib. Bu məqsədlə Azərbaycan da daxil olmaqla dünyanın 60 ölkəsində bu cür laboratoriyalar təsis edilir. Beləliklə, MDB və Avropa regionu üzrə 6 ölkə ofisindən biri ölkəmizdə fəaliyyət göstərəcək. Bu səbəbdən də BMT dünyanın 60 ölkəsində ümumilikdə 180 yeni iş yeri elan edib. Üç ən güclü namizəd İnkişaf Proqramının Azərbaycan ofisində işləmək imkanı qazanacaq.

Vakansiyalar AccLabda araşdırma üzrə rəhbər, eksperiment üzrə rəhbər və inkişaf problemlərinin həlli yollarının xəritələşdirilməsi üzrə rəhbər vəzifələrini əhatə edir. Maraqlananlar 2019-cu il martın 11-dək həmin vakansiyalarla bağlı müraciət edə bilərlər. Akselerator laboratoriyaları haqqında daha ətraflı bu veb ünvandan məlumat almaq mümkündür: https://acceleratorlabs.undp.org/

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?