7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Üçüncü Könüllü Milli Hesabatın ictimai dinləmələri keçirilib

2021-ci ilin iyul ayında Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının himayəsi altında keçiriləcək Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycan Respublikası tərəfindən təqdim edilməsi nəzərdə tutulan üçüncü Könüllü Milli Hesabatın parlament, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri ilə müzakirəsi təşkil olunub.

Parlament nümayəndələri ilə müzakirələrdə çıxış edən Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov ötən dövr ərzində ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində görülmüş işlər barədə məlumat verib. Baş nazirin müavini Azərbaycanın regionda ilk ölkə olaraq, “Dayanıqlı inkişafın iqtisadi, sosial və ətraf mühit aspektlərinin gücləndirilməsi məqsədilə COVID-19 pandemiyasının mənfi təsirlərinin aradan qaldırılması: 2030 Gündəliyinə nail olmaq məqsədilə inklüziv və effektiv sistemin yaradılması” mövzusuna uyğun 3-cü dəfə Könüllü Milli Hesabatın təqdim olunmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Əli Əhmədov hesabatda yoxsulluğa son qoyulması, səhiyyə sisteminin inkişafı, ərzaq təhlükəsizliyinə nail olunması, məşğulluğun qorunması istiqamətində ölkədə görülmüş işlərin öz əksini tapdığını vurğulayıb. Eyni zamanda,

BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident nümayəndəsi Alessandro Frakassetti

İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Şuranın katibi Hüseyn Hüseynov ölkəmiz tərəfindən təqdim ediləcək növbəti Könüllü Milli Hesabat barədə təqdimatla çıxış edib.

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı və BMTİP-nin dəstəyi ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birlikdə üçüncü Könüllü Milli Hesabatın özəl sektor nümayəndələri və qeyri-hökumət təşkilatları ilə müzakirələr keçirilib. Müzakirələrdə İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, KOBİA-nın İdarə Heyəti sədrinin müavini Mehman Abbas, BMTİP-in Azərbaycanda rezident nümayəndəsinin müavini Çaru Bist, DİM-lərin həyata keçirilməsində qeyri-hökumət təşkilatları və özəl sektorun rolunun əhəmiyyətini qeyd ediblər.

Müzakirələrdə mövzu ilə bağlı təqdimatlar keçirilib.

Yekunda Azərbaycan Respublikasının üçüncü Könüllü Milli Hesabatının layihəsi müsbət qiymətləndirilib, DİM-lərin həyata keçirilməsində gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?