13 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarların sığorta xidmətlərinə əlçatanlığı təmin olunacaq

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Sahibkarlığın İnkişafı Fondunun (SİF) rəhbər heyəti arasında görüş keçirilib.

ASA-dan bildirilib ki, görüşdə iki qurum sahibkarların sığorta xidmətlərinə əlçatanlığının təmin olunması yönündə mövcud vəziyyəti və real perspektivləri müzakirə edib. ASA-nın icraçı direktoru Elmar Mirsalayev həm assosiasiya, həm də sığorta xidmətlərinin sahibkarlara aid hissəsi haqqında məlumat verib. O bildirib ki, sahibkarlıq subyektlərinin sığorta xidmətlərinə əlçatanlığının təmin olunması, eyni zamanda, sahibkarların sığorta ilə bağlı məlumatlığının artırılması ASA və yerli sığorta bazarı üçün başlıca prioritetdir.

Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov da, öz növbəsində, fondun fəaliyyəti haqqında danışaraq sığorta sisteminin biznes mühiti üçün ən uğurlu müdafiə mexanizmi olduğunu vurğulayıb. Fondun sədri sahibkarları daha çox maraqlandıran sığorta xidmətlərinə də toxunub. O qeyd edib ki, bu gün aqrar sahədə çalışan, ixrac əməliyyatları həyata keçirən sahibkarlar sərfəli sığorta məhsullarında maraqlıdırlar. Eyni zamanda, sahibkarlar üçün biznes kreditlərinin sığortası da görüşün əsas müzakirə mövzusu olub.

Sonda sahibkarların sığorta xidmətlərinə əlçatanlığının stimullaşdırılması, onlar üçün yeni və daha münasib məhsulların müəyyən olunması və bu yöndə iki qurum arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanması istiqamətində razılıq əldə edilib.

VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi