19 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İnternat evlərinə yardım göstərən hüquqi şəxsə vergi güzəşti tətbiq edilirmi?

İnternat evlərinə yardım göstərən hüquqi şəxsə vergi güzəşti tətbiq edilirmi?

Hüquqi şəxs Təhsil Nazirliyinin tabeliyində olan xüsusi internat evlərinə köçürmə yolu ilə deyil, natura şəklində yardım göstərmək niyyətindədir. Vergi Qanunvericiliyinə görə bu əməliyyat üzrə vergi güzəşti tətbiq olunurmu və natura şəklində internat evlərinə verilən mallara görə elektron qaimə-faktura təqdim edilməlidirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, hüquqi şəxs tərəfindən internat məktəblərinə yardım natura formasında göstərildiyindən Vergi Məcəlləsinin 106.1.18-ci maddəsi ilə müəyyən edilmiş vergi güzəşti təşkilata tətbiq edilmir.

Bununla yanaşı, vergi qanunvericiliyinin müddəalarına əsasən, sorğuda qeyd olunan halda hüquqi şəxs tərəfindən internat məktəblərinə natura formasında yardımın göstərilməsi (uşaq yeməklərinin əvəzsiz qaydada verilməsi) malların təqdim edilməsi hesab olunur. Həmin mallara görə isə vergiödəyicisi olan qarşı tərəfə elektron qaimə-faktura təqdim edilməlidir. Təqdim edilən malların elektron qaimə-fakturada yardım kimi verilməsinin qeyd olunmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmayıb.

Həmçinin hüquqi şəxs tərəfindən natura formasında yardımın verilməsi (uşaq yeməklərinin əvəzsiz təqdim edilməsi) Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada malların təqdim edilməsi hesab edilir, ƏDV-nin və mənfəət vergisinin vergitutma obyektini yaradır.

VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır?