15 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlara listinqin üstünlükləri barədə məlumat veriləcək

Martın 30-da, saat 11:00-da Azərbaycan Respublikasının Mərkəzi Bankı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə kiçik və orta biznes (KOB) subyektləri üçün “Listinqlə bağlı yeniliklər və fond birjasında listinqin üstünlükləri” mövzusunda videokonfrans keçiriləcək.

KOBİA-dan bildirilib ki, tədbirin təşkilində məqsəd sahibkarlara kapital bazarından maliyyələşmənin və fond birjasında listinqin üstünlükləri barədə məlumatın verilməsi, KOB-ların fond birjası vasitəsilə qiymətli kağız buraxılışının təşviq edilməsi, o cümlədən listinqlə bağlı yeniliklərin biznes ictimaiyyətinə çatdırılmasıdır.

Videokonfransda Mərkəzi Bankın, Bakı Fond Birjasının və investisiya şirkətlərinin ekspertləri tərəfindən kapital bazarı haqqında, eyni zamanda, kapital bazarından maliyyə cəlb edilməsinin üsulları, 2020-ci ildə listinqin stimullaşdırılması üçün həyata keçirilmiş tədbirlər, listinqə müraciət edən şirkətlər üçün nəzərdə tutulan güzəştlər, Listinq Məsləhət Proqramı çərçivəsində emitentlər üçün təqdim olunan xidmətlər haqqında təqdimat formatında məlumat veriləcək.

Sahibkarlıq subyektlərinin videokonfransla bağlı sualları olarsa “[email protected]” elektron poçt ünvanı və ya (012) 498-98-20 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?