7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş müsabiqəyə sənəd qəbulu başa çatıb

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən elan edilmiş müsabiqəyə sənəd qəbulu başa çatıb.

KOBİA-dan bildirilib ki, ilk dəfə keçirilməsinə baxmayaraq, müsabiqəyə KOB subyektləri tərəfindən böyük maraq göstərilib və çoxlu sayda layihə təqdim edilib. Növbəti mərhələdə müvafiq tələblərə cavab verən layihələrin Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi həyata keçiriləcək. Layihələrin qiymətləndirilməsi zamanı onun mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürüləcək. Müsabiqənin nəticələri barədə məlumat aprelin 19-dan sonra KOBİA-nın rəsmi internet səhifəsində (www.smb.gov.az) açıqlanacaq.

Müsabiqədə iştirak edə bilməyən KOB subyektləri il ərzində keçirilməsi nəzərdə tutulan növbəti müsabiqədə iştirak edə bilərlər.

Qeyd edək ki, KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı ilk müsabiqə Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq keçirilir. Müsabiqə barədə ətraflı məlumatı agentliyin saytından (https://bit.ly/3oZx4HZ), eləcə də (012) 404-04-01 və “131” Çağrı mərkəzindən əldə etmək olar.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?