İki ayda istehlakçılar 322 milyon manatlıq avtomobil benzini və dizel yanacağı alıb
Yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 322,6 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, bu göstərici 2019-cu ilin eyni ayları ilə müqayisədə 11,9 faiz azdır.
İki ayda alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,4 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.